03
Sen
2020
15:22
346
yuxarı
Nazir: “Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında alternativ kimi vacib rol oynayır”
“Hökumətimizin həyata keçirdiyi enerji islahatları nəticəsində bu gün biz bütün qonşu ölkələrimizdən elektrik enerjisi idxal edirik. Onlardan heç biri, xüsusilə də bizim şimal qonşumuz bu məsələdə dominant deyil”.
InterPress.ge xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava belə deyib.
Xanım nazir bildirib ki, ölkə 2012-ci ildən elektrik enerjisinin 90%-ni Rusiyadan idxal edirdi və Rusiya Gürcüstan bazarında hakim mövqeyə malik idi, bu gün isə Gürcüstanın elektrik enerjisi bazarında mövqelər dəyişib.
N. Turnava qeyd edib ki, Gürcüstan elektrik enerjisi baxımından bu gün daha müstəqildir və müxtəlif ölkələrdən idxal ilə bağlı seçimlər edə bilir: “Bu gün biz enerji baxımından daha müstəqilik, çünki bizim alternativ seçimimizdə çox önəmli rol oynayan Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələr var. Eyni zamanda biz Türkiyədən, Rusiyadan və Ermənistandan elektrik enerjisi idxal edirik. Bu bizim seçimimizdir. Biz enerji sisteminin təhlükəsizliyinin təmin edilməsi prinsipi ilə hərəkət edirik. Enerji baxımından daha müstəqilik və bu səbəbdən enerji idxalı qiymətləri bu illər ərzində düşüb”.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Xabeişvili: Evdə oturmaq vaxtı bitdi, İvanişvili Gürcüstanı ləğv edir
25.04.2024 22:47
289
Vaja Marqvelaşvili Avropa çempionu oldu
25.04.2024 22:17
94
Baş nazir: Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq
25.04.2024 21:54
108
"Təkcə vizanın liberallaşdırılmasının ləğvi deyil, prosesin başlanması üçün 27 ölkənin razılığı lazımdır" - Kaladze
25.04.2024 20:28
154
Kaladze Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
25.04.2024 20:12
217
“Gürcü Arzusu”nun baş katibi brifinq keçirəcək
25.04.2024 19:31
109
Gənc oğlan şəhərin mərkəzində güllələndi
25.04.2024 19:26
776
Qardabanidə qətl törədilib
25.04.2024 19:05
273
"Bu qanunla ölkəni Rusiyaya doğru aparırsınız, bu, xəyanətdir"
25.04.2024 18:38
136
XİN başçısı: Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
25.04.2024 17:54
88
3 yaşlı uşağı avtomobil vurub
25.04.2024 17:11
312