Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda avtomobil qeydiyyatdan çıxarıldıqdan sonra dövlət nömrə nişanı neçə gün saxlanılır?Ağır yol qəzası ölümlə nəticələndiGürcüstanın iqtisadiyyat naziri İlham Əliyevlə görüşübTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?Gürcüstanda avtomobil qeydiyyatdan çıxarıldıqdan sonra dövlət nömrə nişanı neçə gün saxlanılır?Ağır yol qəzası ölümlə nəticələndiGürcüstanın iqtisadiyyat naziri İlham Əliyevlə görüşübTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?
TVCANLI

Azərbaycanda ilk dəfə koronavirusdan ölüm hadisəsi qeyd alındı

1,136
Azərbaycanda ilk dəfə koronavirusdan ölüm hadisəsi qeyd alındı
Dinləmək üçün basın

İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr…

İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.

InterPress.ge Report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkar olunub.

Eyni zamanda həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilib, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq, həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edib, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda avtomobil qeydiyyatdan çıxarıldıqdan sonra dövlət nömrə nişanı neçə gün saxlanılır?Ağır yol qəzası ölümlə nəticələndiGürcüstanın iqtisadiyyat naziri İlham Əliyevlə görüşübTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırSon xəbərlərə bax →