14 
Mar
2020
18:57
3150

Azərbaycan tərəfda “Qırmızı Körpü” buraxılış məntəqəsində son vəziyyət - VİDEO

Gürcüstan və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə qarşılıqlı razılığına əsasən, martın 14 saat 00:00-dan etibarən 10 günlük müddətə iki ölkə arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıldıqdan sonra sərhəddə son vəziyyət açıqlanıb.

InterPress.ge-nin məlumatına görə, Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” buraxılış məntəqəsi bu gündən 10 gün müddətinə bağlanılıb.

Məlumata görə, müvafiq qərar Gürcüstan və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən qəbul edilib. Qərardan vətəndaşların böyük əksəriyyəti xəbərsiz olduğu üçün buraxılış məntəqəsindən geri qayıdanlar çox olub.

Tranzit dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəmizə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə öz ölkəsinə qayıdacaqlar. Hər iki ölkə ərazisində olan beynəlxalq yükdaşıma ilə məşğul olan iritutumlu yük avtomobilləri də fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır. Lakin Azərbaycan ərazisinə keçən TIR-lar da 10 gün müddətində ölkə ərazisində saxlanılacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər