"Milan" Gürcüstan millisinin futbolçusu Kvaratsxeliyanın agenti ilə danışıqlara başlayır
Gürcüstan millisinin və Rusiya "Rubin"inin futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.
InterPress.ge "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumameylli yarımmüdafiəçinin agenti yaxın günlərdə Milana gedərək, şəhərin eyniadlı klubunun rəsmiləri ilə danışıqlar aparacaq.
İstedadlı oyunçu ilə "Yuventus" və "Napoli" də maraqlanır. Amma "Milan" onu transfer etməkdə daha israrlıdır. İtaliya klubları ilə yanaşı, Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) komandaları da vingeri yaxından izləyir.
Qeyd edək ki, bu mövsüm "Rubin"in heyətində 20 oyun keçirmiş Xviça Kvaratsxeliya 3 qol vurub, 8 məhsuldar ötürmə edib. Gənc futbolçu DÇ-2022-nin martdakı oyunlarında İspaniya və Yunanıstan yığmalarının qapısına da yol tapıb. Kazan təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi olan Kvaratsxeliyanın transfer qiyməti 10 milyon avro olaraq dəyərləndirilir.