Gürcüstan və Azərbaycan yeni gömrük qurur
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəhbərinin müavini Vladimer Xundadze və Gömrük İdarəsinin rəisi Zurab Siginava, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov ilə işgüzar görüş keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gəlirlər Xidməti tərəfindən yayılır.
Məlumata görə, görüş çərçivəsində, tərəflər Gürcüstan və Azərbaycan Respublikası arasında keçid məntəqələri haqqında mövcud razılaşma çərçivəsində yeni, ortaq gömrük keçid məntəqəsi - "İpək Yolu" nun tikinti layihəsini müzakirə ediblər. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində, Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq haqqında üçtərəfli sazişi müzakirə ediblər.
“İşgüzar görüşdə, tərəflər qlobal pandemiya şəraitində Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) və Dünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi - Konteynerlərin nəzarəti proqramı çərçivəsində hazırkı şöbələr tərəfindən əldə olunmuş müsbət nəticələr və bu proqramda iştirakçı ölkələrlə əməkdaşlığı və informasiyaların mübadiləsi məsələlərinə də diqqət yetirdilər.
İşgüzar görüşdə Gəlirlər Xidmətinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Samson Uridia və Gömrük İdarəsi rəisinin müavini Kaxaber Baramia iştirak edirdi, görüş Azərbaycan Respublikasının ərazisində, "Qırmızı Körpü" gömrük keçid məntəqəsinin sərhəd hissəsi "Sınıq Körpü"də keçirilib” , - bəyanatda deyilir.


