Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Qardabanidə səfərdə olub
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Qardabani Gənclər Mərkəzini (QGM) ziyarət edib.
InterPress.ge xəbər verir ki, görüş zamanı QGM-nin icraçi direktoru Hacı Hacıyev qonaqlara Mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib və mərkəzin gələcəyə dair planları müzakirə edilib.
Həmçinin görüşdə komitənin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Anar Rəsulov, Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev, Qardabani Gənclər Mərkəzinin sədri Elsevər Əhmədov və mərkəzin digər əməkdaşları iştirak ediblər.


