22 
May
2021
13:21
2389

Marneuli bələdiyyə sakini axtarılır - TƏCİLİ

Marneuli bələdiyyəsinin Araflı kəndində yaşayan Tovuz Sadiqova itkin düşüb.

InterPress.ge xəbər verir ki, o, Ayzaymer (unutqanlıq) xəstəliyindən əziyyət çəkir.

InterPress.ge- ye verilən məlumata görə, itkin düşən qadın müalicə almaq məqsədilə Tbilisiyə həkimə gedir. O, oğlunun evində qalıb. Səhər isə onu evdə tapmayıblar. Sonuncu dəfə onu binanın həyətində görüblər.

Ailəsi polisə müraciət edib. Polis qadını axtarır.

Qadını görənlərdən xahiş olunur ya polisə müraciət etsin və ya aşağıda verilmiş nömrələrə zəng etsin.

558 19 46 46
555 58 54 20.

Bizimlə əlaqə saxlayın