23 
May
2021
00:01
519

Tbilisidə müstəqillik gününə özəl tədbir keçiriləcək

Artıq paytaxtda Gürcüstanın Müstəqillik Gününə hazırlıqlar başlayıb.

InterPress.ge xəbər verir ki, Azadlıq Meydanında Müqəddəs Qiorqi büstünün ətrafında səhnə quraşdırılır.

Tbilisi meriyasından verilən məlumata görə, 22 may tarixində saat 00: 00-dan 27 mayadək Azadlıq Meydanı bağlanacaq və nəqliyyat müvəqqəti məhdudlaşdırılacaq.
Nəqliyyat Barataşvili körpüsündən və Rustaveli prospektindən Qudiaşvili küçəsinədək olan enişə qədər mümkün olacaq. Kote Abxaziya və Dadiani küçələrindən Azadlıq meydanına hərəkət tamamilə məhdudlaşdırılacaq.

26 May tarixinə gəlincə, Müstəqillik Gününə həsr olunmuş tədbirlə əlaqədar olaraq saat 07: 00-dan etibarən Rustaveli prospektində Çanturiya küçəsinə qədər nəqliyyatın hərəkətinə icazə veriləcək.

Rustaveli prospekti istiqamətində Ukrainka, Jorjadze, Çiçinadze, 9 aprel, Purçeladze və Qudiaşvili küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Xatırladaq ki, 26 may 1918-ci ildə Tbilisidə Gürcüstanın Milli Şurası Dövlət İstiqlal Aktını qəbul etdi. Gürcüstan Demokratik Respublikasının müstəqilliyi qabaqcıl Avropa ölkələri tərəfindən tanındı. Üç ildən az müddətə mövcud olmasına baxmayaraq, Birinci Respublika ölkənin siyasi, sosial və mədəni inkişafında mühüm rol oynadı və Rusiya işğalı tanınmadı. 9 aprel 1991- ci ildə Gürcüstanın Müstəqilliyinin Bərpası Aktının əsası qoyuldu.

Bizimlə əlaqə saxlayın