25 
May
2021
12:58
4588

SON DƏQİQƏ! Toylarla bağlı açıqlama verildi

"Toy, yas, banket kimi sosial tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyətlər qüvvədə qalır".

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Qiorqi Ğibradze məlumat verib.

Onun sözlərinə görə, iyunun 1-dən etibarən həftə sonları qida obyektləri üçün məhdudiyyətlər tamamilə qaldırılır.

“Bildiyiniz kimi, İdarələrarası Koordinasiya Şurasının keçən həftə keçirilən iclasında həftə sonları qida satış məntəqələrindəki məhdudiyyətlərin azaldılmasına qərar verdik, xüsusən də Gürcüstan ərazisindəki qida satış məntəqələri həftə sonları yalnız açıq yerlərdə qonaq qəbul etmək hüququna malik idilər. Koordinasiya Şurasının bugünkü qərarına əsasən, 1 iyun tarixindən etibarən həftə sonları qida müəssisələrindəki məhdudiyyətlər tamamilə ləğv edilir ki, bu da qonaqları qapalı yerlərdə də qəbul edə biləcəkləri anlamına gəlir", - dedi Qiorqi Ğibradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər