Polşa Prezidenti Gürcüstana səfər edəcək
Mayın 26-da Polşa Respublikasının Prezidenti Andjey Duda Gürcüstana iki günlük səfər edəcək.
InterPress.ge xəbər verir ki, Andjey Duda, Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar tədbirdə çıxış edəcək.
Bundan əlavə, 26 maya həsr olunmuş qala konsertdə də iştirak edəcək.
Mayın 27-də Polşa Respublikasının Prezidenti Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşəcək. Andjey Duda, Gürcüstan Prezidentinin Krukovski adına Kutaisi Gürcüstan-Polşa interdissiplinar Tədqiqat Mərkəzinin arxeoloji kəşfləri ilə tanış olacaq. Polşa Respublikasının Prezidenti Andjey Duda və Gürcüstan Prezidenti Salome Zurabişvili birgə bəyanat verəcək.
Bundan əlavə, mayın 27-də Polşa Respublikasının Prezidenti Baş nazir İrakli Ğaribaşvili və Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava ilə görüşəcək.


