Bu gün dünya Gürcüstan bayrağına bürünəcək
Gürcüstanın Müstəqillik Günü - 26 May dünyada müxtəlif tədbirlərlə qeyd olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Verilən məlumata görə, Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərinin iştirakı ilə müxtəlif ölkələrin görməli yerləri Gürcüstanın bayrağı rənglərində işıqlandırılacaq.
“Kanadanın ən məşhur və populyar turistik məkanı olan Niaqara şəlaləsi ilk dəfə Gürcüstan bayrağının rənglərində işıqlandırılacaq.
Ayrıca, bayraq yüksəltmə mərasimi ilk dəfə Torontoda keçiriləcək. 1 iyun tarixində Kolumbianın paytaxtı Victoriada Qubernator Sarayında Abxaziya Botanika Bağının qurucusu Kote Abxazın sərgisi baş tutacaq"- məlumatda qeyd olunur.
Onlara görə, San Paulo əyalətinin Sənaye Federasiyası işıqlandı və məşhur İsə Məsih heykəli Rio-de-Janeyroda işıqlandırılacaq.
“Gürcüstanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Gürcüstan bayrağının rəngləri dünyanın müxtəlif yerlərində nümayiş olunacaq. Xüsusilə, Gürcüstanın milli simvolu rənglərində Canberra şəhəri, Avstraliyanın Milli Carillonu işıqlandırılacaq, Belçikada 26 may tarixində Brüsselin simvolu, məşhur Manneken-Pis heykəli yaxınlığında mərasim keçiriləcək , Bolqarıstanda isə Milli Mədəniyyət Sarayı və Üsküpdə Skopye Arxeoloji Muzeyi Gürcüstan bayraqları rənglərində işıqlandırılacaq.
Bundan əlavə, Gürcüstanın Müstəqillik Günü münasibətilə Almaniyanın səsi müsabiqəsinin qalibi Natia Todua Almaniyada Gürcüstanın himnini ifa edəcək. Frankfurtda Zaarbruken meriyasının vasitəsilə Akaki Ceretelinin Suliko şerinə bəstələnəngürcü mahnısı səsləndiriləcək. Musiqi sədaları altında havaya Gürcüstan bayrağı rəbglərində şarlar buraxılacaq.
“Estoniyada Tallinnin mərkəzində yerləşən iş mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılacaq və Gürcüstan bayrağı köhnə Tallin şəhərinin yaxınlığında Azadlıq Meydanında quraşdırılmış ekranda göstəriləcək.
Ankaranın əsas simvolu - Ataqüllə qülləsi Gürcüstan bayrağının rənglərində işıqlandırılacaq və işıqlandırma altında türk və ingilis dillərində təbriklər yazılacaq.
Ayrıca, Kiprin paytaxtı Lefkoşada Elefteria meydanı və şəhər meriyası Gürcüstan bayrağı rənglərində işıqlandırılacaq.
26 may tarixində Britaniyada Gürcüstan bayrağı Bristol Lord Bələdiyyə Başçısı tərəfindən yüksəldiləcək”- məlumatda deyilir.
Məlumata görə, Gürcüstanın milli bayramı münasibətilə ilk dəfə 26 may tarixində Afinadakı Omoniya meydanındakı fəvvarə Gürcüstan bayrağı rəngində işıqlandırılacaq.
“İrlandiyada Lord-Mayor binası Gürcüstan bayrağının rənglərində işıqlandırılacaq və Dublinin əsas küçələrində Gürcüstan bayraqları nümayiş olunacaq.
Yerusəlimdə divarlar da Gürcüstan bayrağının rənglərində işıqlandırılır.
Ayrıca, 26 Mayı qeyd etmək üçün, ənənəvi olaraq, Litvanın mərkəzi körpüləri Gürcüstanın milli simvolu rənglərində işıqlandırılacaq. Kaunasi şəhərində köhnə meriya binası Ratuşa və fəvvarə, Vilnüsün mərkəzi meydanında Gürcüstanın nəhəng bayrağı açılacaq və Gürcüstanın himni səsləndiriləcək.
Ayrıca, Dohada, Qatarda, mərkəzdə yerləşən tarixi bina, bölgədə ilk dəfə Gürcüstan bayrağı rənglərində işıqlandırılır.
26 mayda Niderlandlarda gürcü musiqiçilər Haaqanın mərkəzində musiqi nömrəsi ilə çıxış edəcək və Laheydəki qədim Müqəddəs Yaqub Kilsəsinin zəng qülləsindən Gürcüstanın milli marşı səsləndiriləcək. Həmçinin Gürcüstan səfirliyi və Gürcüstanın Sloveniyadakı səfirliyi Gürcüstan bayrağının rənglərində işıqlandırılacaq.
Polşada Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün Vroçlavis idman meydançası Gürcüstan bayrağının rənglərində işıqlandırılacaq.
26 May tarixinə həsr olunmuş tədbirlər çərçivəsində Macarıstanın Budapeşt şəhərində Şota Rustavelinin abidəsi Gürcüstan bayrağının rəngləri ilə işıqlandırıldı və Macarıstanın Lalələr küçəsi qrupu Gürcüstanın Müstəqillik Günü münasibətilə konsert verdi.
"Bələdiyyə binaları Ukrayna, Kiyev və Odessada Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılacaq, habelə Gürcüstan bayrağı Odessadakı reklam lövhələrində nümayiş etdiriləcək"- məlumatda deyilir.
İsveçrəyə gəlincə, Qraubünden kantonunda Gürcüstan və İsveçrə skripkaçılarının ortaq orkestrinin iştirakı ilə bayram konserti keçiriləcək.
Çexiyada 5-30 may tarixlərində Lado Qudiaşvilinin eskizlərinin surətlərinin təqdim ediləcəyi "Gürcü geyimləri" sərgisi keçiriləcək.
Özbəkistanda 26 May ilə əlaqədar Daşkəndin mərkəzi meydanındakı otellərdən birində də Gürcüstan bayrağı rəngləri işıqlandırılacaq. Binanın fasadında Gürcüstanın turizm potensialını əks etdirən videoçarx veriləcək.
Bundan əlavə, Azərbaycanın paytaxtı Bakı şəhərində Heydər Əliyev adəna mərkəz də Gürcüstan bayrağı rənglərində işıqlandırıldı"- məlumatda qeyd olunur.


