26 
May
2021
11:08
359

Rəcəb Tayyib Ərdoğan İrakli Ğaribaşvilini və Gürcüstan xalqını Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayır.

Türkiyə Prezidenti təbrik məktubunda iki xalq arasındakı dostluğun, yaxın qonşuluq münasibətlərinin və strateji əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

“Türk xalqı və öz adımdan sizi və Gürcüstan xalqını Gürcüstanın Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın dostluğu və ortaq maraqları əsasında aramızda daim böyüyən yaxın qonşuluq münasibətləri və strateji əməkdaşlıq gələcəkdə də davam edəcək ki, bu da bölgədə sülh, sabitlik və firavanlığa mühüm töhfə verəcək", - təbrik məktubunda deyilir.

Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş nazirinin 1 iyun tarixində Türkiyəyə səfərini alqışlayıb.

“Sevinirəm ki, 1 iyun 2021-ci ildə ölkəmizə səfəriniz zamanı ikitərəfli münasibətləri, eləcə də bölgəmizdə baş verən hadisələri müzakirə etmək fürsəti əldə edəcəyik. Fürsətdən istifadə edərək sizə cansağlığı və xoşbəxtlik, dost Gürcüstan xalqına isə firəvanlıq diləyirəm", - bildirib Türkiyə prezidenti təbrikində.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər