27 
May
2021
11:04
318

Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili, Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, təbrik məktubunda deyilir:

"Gürcüstan xalqı adından və öz adımdan sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Gürcüstan və Azərbaycan xalqları dövlətçiliyini bərpa etmək üçün bir çox çətinliklərlə qarşılaşdılar, lakin bu gün ölkələrimiz qürurla güclü və azad bir dövlət qurmağa davam edirlər.

Ölkələrimiz arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsini təşviq etməyə hazır olduğumu bildirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Gürcüstanda görüşəcəyik və birlikdə strateji tərəfdaşlığın dərinləşdirilməsi yollarını müəyyənləşdirəcəyik.

Cənab Prezident, sizə bir daha dərin hörmətimi bildirirəm, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı və firavanlıq diləyirəm", - məktubda deyilir.

Bizimlə əlaqə saxlayın