Gürcüstanda vaksinasiya ilə bağlı sorğu keçirildi - Sorğuda iştirak edənlərin neçə faizi peyvənd olunmayacağını qeyd edir?
Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) yeni tədiqatına əsasən, COVID-19 vaksinin edilməsinə qarşı çıxan Gürcüstan vətəndaşlarının sayı artıb.
InterPress.ge xəbər verir ki, sorğuya əsasən, vətəndaşların 45 faizi deyir ki, vaksini etməyəcək. Bu göstərici 2021-ci ilin fevralı ilə müqayisədə altı faiz artıb.
“Bu, vaksinasiya göstəricisinin artırılması məqsədilə, hökumət tərəfindən ictimai informasiya kampaniyasının aparılması vacibliyini qeyd edir. Kampaniyanın aparılması ilə birlikdə, Gürcüstan vətəndaşları inandırılmalıdır ki, vaksin təhlükəsizdir, daha artıq edilməlidir”, – Stiven Niks qeyd edib.
Beynəlxalq Respublikaçılar İnstitutu Gürcüstanın (IRI Georgia) məlumatına görə, tədqiqat 2021-ci il 15-30 iyun dövründə Beynəlxalq Respublikaçılar İnstitutunin Tədqiqat Mərkəzinin adı ilə, Baltika Tədqiqatlar və Qelap Təşkilatının nümayəndəsi, Rasa Alişauskine tərəfindən, sahə işlərini IPM tərəfindən həyata keçirilib. Göstəricilər çoxmərhələli təsadüfi seçmə metonun istifadəsi ilə, bilavasitə müsahibə yolu ilə toplanıb. Seçmə seçki səsi hüququ və yaşı uyğun olan 1 500 respodenti əhatə edib. Göstəricilər yaş, cins, bölgə və qəsəbənin böyüklüyünə müvafiq olaraq dəyərləndirilib. Səhv səddini +/- 2.5 % cavab vermə 74 faizi təşkil edir. Tədqiqatın həyata keçirilməsi Amerika xalqının dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin vasitəsi ilə mükün olub.


