24 
Avq
2021
09:58
274

ABŞ dünya ölkələrinə pulsuz 110 milyon doza peyvənd verib

Amerika Birləşmiş Ştatları dünya ölkələrinə təxminən 110 milyon doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib, bunun 23 milyonu Cənub -Şərqi Asiya ölkələrinin payına düşür.

InterPress.ge-nin məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris bəyan edib.

Onun sözlərinə görə, koronavirus pandemiyası sərhəd tanımayan problemdir. O qeyd edib ki, ABŞ qlobal sağlamlıq sistemini gücləndirməklə yanaşı, gələcəkdə ortaya çıxa biləcək yeni viruslarla da mübarizəyə sadiqdir.

Xatırladaq ki, ABŞ Gürcüstana 500 min Pfizer peyvəndi verib.

Bizimlə əlaqə saxlayın