27 
Sen
2021
21:50
306

Gürcüstanda Vətən müharibəsi şəhidləri anılıb - FOTO

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub.

InterPress.ge xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində yaradılmış fotosərgi ilə tanış olublar. Orada Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri və Zəfər sevincini əks etdirən fotoşəkillər də sərgilənib.

Sonra tədbirdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan və Türkiyənin hərbi attaşeləri - polkovnik-leytenant Fuad İbrahimov və polkovnik Burak Altınər, səfirlik və SOCAR şirkətinin əməkdaşları, Gürcüstanın ictimai xadimləri, azərbaycanlı icmanın üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

Səfirliyin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, bu gün həmçinin Suxumi şəhərinin süqutundan 28 il ötür və mərasimdə Abxaziya münaqişəsində həlak olanların da xatirəsi anılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər