10 
Okt
2021
19:26
4052

Muğanlı kənd sakinləri Saakaşviliyə yemək aparıblar

İormuğanlo kəndinin sakinləri qoyun kəsib tort bişirdilər, su və mineral içkilər alıb Rustavi həbsxanasına apardılar.

InterPress.ge xəbər verir ki, kənd sakinləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini aclıq aksiyasına son qoymağa və sona qədər yanında olmasını istəyiblər.

"Kənd üzvlərimizdən hədiyyə. Mişa üçün gətirdik ki, Mişa yesin və güclü olsun. Mişanın gələcəyi Gürcüstanın gələcəyidir. Mişa üçüncü prezidentimizdir, biz onun Gürcüstanda olmasını və sonuna qədər bizim yanımızda olmasını istəyirik, Mişaya eşq olsun", - deyə Eyyübov Radio Tavisuplebaya söyləyib.

Bizimlə əlaqə saxlayın