11 
Okt
2021
15:59
607

Baş nazir Ermənistan səfərindən danışdı

"Ermənistana çox uğurlu bir səfərim oldu - bildiyiniz kimi, bölgədə əməkdaşlığa başlamaq və yeni bir platforma yaratmaq mənim təşəbbüsümdür, bu çərçivədə biz üç ölkə arasında sıx əməkdaşlığa başlayacağıq və bu prosesdə Gürcüstan və bizim üzərimizə böyük rol düşür".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan hər iki qonşu ölkə arasında vasitəçilik rolunu fəal şəkildə yerinə yetirəcək.

"İyun ayında mənim birbaşa səylərimlə və Azərbaycan və Ermənistan liderləri arasındakı razılaşma ilə uğurlu vasitəçilik qurduq. Bu, məhbusların azad edilməsi, habelə xəritələrin Azərbaycana təhvil verilməsini nəzərdə tuturdu. Bu istiqamətdə çox fəalam. Əsas müzakirə mövzularından biri, bölgə formatında əməkdaşlığımız idi və Gürcüstan hər iki qonşu ölkə arasında vasitəçilik rolunu fəal şəkildə yerinə yetirəcək", - Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər