SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərginləşdi
"Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir".
InterPress.ge xəbər veri ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib", - nazirlikdən bildirilib.
Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.
"Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq", - məlumatda vurğulanıb.