17 
Nybr
2021
12:00
377

Döyüşlərdə Azərbaycan Ordusu yeddi şəhid verdi

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.

InterPress.ge xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verib və səbr diləyib.

"Döyüşlərdə 7 hərbçisi şəhid olub, 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın