Ermənistan Müdafiə Nazirliyi dünən Azərbaycanla sərhəddə baş vermiş döyüşlər zamanı itkiləri barədə məlumat yayıb.
InterPress.ge xəbər verir ki, noyabrın 17-si səhər saatlarına olan məlumata görə, bir əsgərin öldüyü, daha 13 əsgərin əsir götürüldüyü dəqiq məlumdur, 24-nün taleyi məlum deyil.
Qurum qeyd edib ki, itkin düşən əsgərlərin axtarışı istiqamətində intensiv iş aparılır. Nazirlikdən verilən məlumata görə, qarşı tərəf iki döyüş postuna nəzarəti ələ keçirib.
