1 USD =
3.0867 GEL
1 EUR =
3.4849 GEL
1 TRY =
0.2441 GEL
100 RUB =
4.12 GEL
1 AZN =
1.8153 GEL
22 
Nybr
2021
14:12
397

Dövlət İmam Əli məscidini ibadətçilərinə yenə də qaytarmadı

2021-ci il noyabrın 8-də İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Marneulidə yerləşən məscid binasının rəsmi qeydiyyatı olmayan dini qurum olan "İmam Əli Məscidinin”  istifadəsinə verilməsindən imtina edib. Nazirlik, sözügedən qərarı yenə də ədalətsiz və ayrıseçkiliyə dayanan əsaslarla açıqlayıb və bildirib ki,  müsəlman icmada dövlət tərəfindən qəbul edilən , bununla da  tarixi dini tikililər üzərində söz haqqına və dövlətlə hüquqi əlaqələrə girmək hüququna malik olan yeganə dini qurum  "Bütün Gürcüstan Müsəlmanları İdarəsidir” (sonradan Dini İdarə). Dini Idarənin İmam Əli Məscidiylə heç bir hüquqi və faktiki əlaqəsi olmadığı hazırki şəraitdə, bu qərar, dini etiqad azadlığı çərçivəsinə dövlətin özbaşına və dikriminativ müdaxiləsinin bariz nümunəsidir.

Unikal və tarixi dini tikili olan İmam Əli Məscidi 1739-cu ildə inşa edilib.  Sovet hakimiyyəti dönəmində müxtəlif məqsədlər üçün istifadə edilən məscid binası, 1998-ci ildə yerli sakinlərin təşəbbüsü və maliyyə dəstəyiylə yenilənənədək faktik olaraq istifadə üçün yararsız halda idi.  Məsciddə ibadətlər 2000-ci ildən etibarən başlayıb. O vaxtdan bu yana, məscid müstəqil şəkildə yerli ibadətçilər tərəfindən idarə olunurdu və sonradan  həmin ibadətçilər öz-özlərinə təşkilatlanaraq qeyri-rəsmi şəkildə "İmam Əli Məscidi" ətrafında birləşərək dini, inzibati və digər mövzularda tam muxtariyyətlə məscidi idarə etməyə başladılar.   

İqtisadiyyat və Davamlı inkişaf Nazirliyi, 2014-cü ildə ibadətçiləri və təşkilatı məlumatlandırmadan və məsələni lazımi şəkildə öyrənmədən, məscidi mövcud olduğu dövr ərzində müvəqqəti istifadə hüquqi ilə İmam Əli məscidi ilə heç bir təşkilati, əmlak və idari əlaqəsi olmayan başqa bir quruma - Dini İdarəyə təhvil verib.  Sözügedən qərarın əsasında Baş-Nazirin birbaşa tabeçiliyində olan Dini Məsələlər üzrə Dövlət Aqentliyinin məsləhəti dayanır. 

Alınan bu qərarı İmam Əli məscidinin idari təşkilatı  şikayət edib. Təşkilat, məscidlə 20 illik təşkilati, dini və faktiki əlaqəsini təsdiq etməklə yanaşı, islamda dini həyatın təşkilində məscidlərin öz ibadətçiləri tərəfindən idarə edilmə prinsipinin xüsusi əhəmiyyətə sahib olduğunu bildirib. Lakin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi qurumun şikayətinə belə  baxmadı və tezliklə sözügedən şikayətin qəbuledilməzliyi ilə bağlı çəkişmə məhkəməyə verildi. Məhkəmə hər üç instansiyada davam etdi və yalnız 30 noyabr 2020-ci il tarixində İmam Əli məscidinin idari təşkilatının leyhinə yekunlaşdı. Məhkəməəyyən etdi ki, məscidin mülkiyyət hüququnun təhvili zamanı mövcud vəziyyət araşdırılmayıb və binanın tarixi və təriqətə bağlı olaraq "İmam Əli Məscidinin"  mülkiyyətində olması məsələsinə məhəl qoyulmayıb.

Məhkəmənin hökmünə baxmayaraq, nazirlik hələ də işin mahiyyəti üçün önəmli halları araşdırmayıb və 8 noyabr 2021-ci il tarixli qərarıyla  yenə həmin əsasları irəli sürərək, Dini İdarənin genişmiqyaslı və inkluziv bir qurum olaraq dövlətlə əlaqəli olmasını və məscidin onun tərkibinə verilməsinin əsaslı olduğunu bildirib və İmam Əli məscidini tarixi sahibinə təhvil verməkdən imtina edib.

Rəsmi qeydiyyatda olmayan, öz-özünə təşkilatlanan qrup - “İmam Əli Məscidi”,  İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin 8 noyabr 2021-ci il tarixli qərarını, eləcə də məscid binasının Dini İdarənin istifadəsinə verilməsinin nəzərdə tutan, 2014-cü il tarixli  qərarını məhkəməyə şikayət edib. Məhkəmə prosesində  İmam Əli məscidinin idari təşkilatının maraqlarını Sosial Ədalət Mərkəzi (keçmiş EMC) müdafiə edir.

Gürcüstandakı İmam Əli məscidinin məhkəmə işi,  dini azlıqlara ( provoslav kilsəsi 2002-ci ildə konstitusiya razılaşması ilə bərpa hüququnu qazanıb) keçmişdə onlardan qoparılmış tarixi dini tikililəri geri qaytarmaq haqqını verməyərək, Gürcüstanda Sovet dövründə müsadirə edilmiş tarixi tikililərin geri qaytarılması prosesindəki (bərpasının) hüquqi tənzimlənmələrin problemli tərəflərini göz önünə sərmiş oldu. Hüquqi tənzimləmənin olmaması hökumətə bu sahədə özbaşına qərarlar qəbul etməyə imkan verir.  Bu yöndə problemlər, xüsusiylə 2014-cü ildən bu yana, Baş Nazir yanında yeni yaradılan qurum olan - Dini İşlər üzrə Dövlət Agentliyinin Sovet dönəmində müsadirə edilən dini tikililərin müvəqqəti istifadə hüququnu( mülkiyyət hüququnu deyil) yalnız özünün tanıdığı dini təşkilatlara təhvil vermək praktikalarını yaraatması səbəbiylə baş qaldırdı. Verilən bu qərarlarda nə bu tikililərlə konkret qurumların və icmanın  tarixi, dini və faktiki əlaqələri, nə də ki, dini abidələr üzərində haqqa sahib olmaq və onun idarəsi üçün daxili dini (muxtar) qaydalara hörmət prinsipi nəzərə alınmayıb. Hakimiyyət, müsəlman icmasında onunla hüquqi əlaqələri olan qurum olaraq yalnız "Bütün Gürcüstan Müsəlmanları İdarəsini" tanıyır və məhz elə bu mövqedən çıxış edərək, müsəlmanların öz-özünə təşkilatlanmış qruplarına nə tarixi dini tikililər üzərində haqq sahibi olmaq, nə də yeni dini tikililər inşa etmək imkanı vermir (məsələn, Batumidə yeni məscidin inşa məsələsi). Bu yanaşma, aydındır ki, ayrı-seçkilik xarakteri daşıyır və bəzi dini qurumlara üstünlük verilməsinə və institusional müstəqilliyinin pozulması vəziyyətinə dönüşür. Müsəlman icmanın özündə Dini İdarəyə qarşı dövlət tərəfindən həddindən artıq təsir və nəzarətin olması ilə bağlı  kəskin ictimai tənqidin mövcudiyyəti fonunda, hakimiyyətin bu qərarı daha da özbaşına və qəbuledilməz olaraq dəyərləndirilir.

Sosial Ədalət Mərkəzi,  Milli Məhkəmənin yaranmış özbaşınalıqlara qarşı real nəzarəti həyata keçirə biləcəyinə və bu zərərli təcrübənin din azadlığı, bərabərlik və dini neytrallıq maraqları və prinsipləri leyhinə dəyişə biləcəyinə ümid edir.

socialjustice.org.ge

Bizimlə əlaqə saxlayın