27 
Nybr
2021
20:05
463

Gülgün Məmmətxanova İlin Gənc İşçiləri Mükafatlandırılmasının qalibi olub- FOTO

26 Noyabr tarixində Gənc İşçilərin Milli Forumunun yekun hissəsində İlin Gənc İşçiləri Mükafatlandırılması mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, mükafatlandırma mərasimə Tbilisidə baş tutub.

Keçirilən müsabiqədə Gürcüstanın 10 bölgəsi və paytaxt Tbilisidən 11 nəfər qalib seçilib. Qaliblər arasında Kvemo Kartli üzrə mükafata layiq görülən yeganə azərbaycanlı isə Gülgün Məmmədxanova olub.

"Gənclər agentliyinin elan etdiyi müsabiqə haqqında məlumatı Facebook sosial şəbəkəsində dostlarımdan biri tərəfindən aldım. Müsabiqədə iştirak etmək üçün öz aplikasiyamı göndərdim. Qalıb olacağımı gözləmirdim, adın açıqlandıqda inana bilmirdim, sürpriz oldu mənim üçün. Təəssüratlarını ifadə edə bilmirəm. Gürcü qaliblər arasında Kvemo Kartli üzrə yeganə azərbaycanlı təmsilçi seçilmək mənim üçün bir uğurdur və gözəl hissdir. Əməyinin boşa çıxmadığını anlayırsan"- Gülgün Məmmədxanova.

Qeyd edək ki, müsabiqədə qalib gələn 11 gənc işçi 5 günlük təhsillə bağlı Avropaya səfər edəcək.

Mükafatlandırma mərasimi Gürcüstanın 10 regionundan və Tbilisidən olan, qeyri-formal təhsil metodologiyası və gənclərlə iş prinsipləri ilə işləmək üzrə ən azı 2 illik təcrübəyə malik praktiki gənc işçilər üçün açıq idi.

Bizimlə əlaqə saxlayın