26 
Yan
2022
22:49
1169

Azərbaycan DGK sədri: “Azərbaycan Gürcüstanla gömrük sahəsində əməkdaşlığı möhkəmləndirəcək”

“Azərbaycan Gürcüstanla münasibətlərin inkişafı və möhkənmləndirilməsinə böyük önəm verir. Ölkələrimiz arasında gömrük, ticari-iqtisadi, siyasi və mədəniyyət sahələrində münasibətlər ən yüksək səviyyədədir”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Tbilisidə Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirə göndərdiyi videotəbrikdə deyib.

O qeyd edib ki, Gürcüstan və Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda, xüsusən də, Beynəlxalq Gömrük Təşkilatı, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birgə iştirakı sıx əməkdaşlığın dərinləşdirilməsinə yönəlib:

“Gürcüstanla dövlət sərhədlərinin vahid idarə olunması prinsipinin tətbiqi, həmçinin tranzit dəhlizi üzrə beynəlxalq yüklərin fasiləsiz hərəkətinin təmin oluması istiqamətləri üzrə əməkdaşlığımız yüksək səviyyədədir. Ümid edirəm ki, gələcəkdə gömrük qurumlarımız arasında əməkdaşlıq daha da möhkəmlənəcək və dərinləşəcək”.

DGK sədri Gürcüstan gömrükçülərini Beynəlxalq Gömrük Günü münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın