Rus müxalif siyasətçi Gürcüstana buraxılmadı
Rusiyalı müxalif siyasətçi deyir ki, o, Kiyevdən Tbilisiyə uçub, lakin ölkəyə buraxılmayıb.
InterPress.ge xəbər verir ki, bu barədə
Dmitri Qudkov sosial şəbəkədə qeyd edib.
“Mən fəallarla görüşmək üçün Kiyevdən Tbilisiyə gəlmişəm. Mənim dəvətim var. Sərhəddə mənə dedilər ki, məni yenidən Kiyevə deportasiya edəcəklər. Dövlət məni ölkəyə buraxmamaq qərarına gəldi, baxmayaraq ki, mənim çoxlu görüşlərim nəzərdə tutulurdu”, - deyə siyasətçi Facebook-da yazdığı müraciətdə bildirib.
Qudkov bildirib ki, o, həm otel, həm də gediş-gəliş biletini ödəyib.
“Bu, birinci hal deyil. Bildiyimə görə, çox keçmədi ki, Lyubov Sobol buradan deportasiya olunmuşdu. Dostlar, Gürcüstanda qəribə hadisələr baş verir", - Qudkov bildirib.
Siyasətçi sosial şəbəkədə onun deportasiyası ilə bağlı qərarın dövlət səviyyəsində qəbul edildiyini yazıb.
“Dövlət səviyyəsində mənim Kiyevə deportasiya edilməyim ilə bağlı qərar qəbul edilib. Qərar siyasidir. Səfərimlə bağlı hamıya xəbərdarlıq edildi, rəsmi dəvətlə gəldim. Fəallar və diplomatlarla görüşlər planlaşdırılıb. Heç bir izahat yoxdur. Hamı başa düşür, amma ... "- Dmitri Qudkov yazır.


