01 
Fev
2022
12:06
379

Gürcüstanda Dünya Kitab Oxuma günü qeyd olunacaq

Gürcüstan Bankının, Tbilisi - Ümumdünya Kitab Paytaxtı və Gürcüstandakı Höte İnstitutunun dəstəyi ilə Ümumdünya Mütaliə Günü açıq şəkildə qeyd olunur.Tədbir fevralın 2-də, saat 14:00- dan 16:00- dək Puşkin meydanında keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Bankı məlumat yayıb.

Tədbirin aparıcıları yazıçılar olacaq: Teona Dolengaşvili, Aleksandr Lortkipanidze, Beso Xvedelidze, Yekaterine Toqonidze, Mişa Baxsoliani. Onlar müxtəlif ədəbi əsərlərdən parçalar oxuyacaqlar.

Tədbirdə hər kəs iştirak edə bilər. Onlar meydandakı rəflərdən təsadüfi yolla kitab seçə biləcəklər. Kitabdan qısa bir hissəni ictimaiyyət qarşısında oxuduqdan sonra onlara bu kitab hədiyyə olunacaq.

Rəflərdə müxtəlif nəşriyyatların müxtəlif janrlı kitabları yerləşdiriləcək - həm gürcü müəlliflərinin əsərləri, həm də tərcümələr olacaq.

Dünya Kitab Oxuma Günü uzun illərdir ki, yüzdən çox ölkədə qeyd olunur. O, milyonlarla oxucuları, müəllifləri, tərcüməçiləri və naşirləri əhatə edir. Bu günün keçirilməsində məqsəd kitab oxumağı təbliğ etməkdir.

Məlumat üçün bildirək ki, UNESCO-nun “Tbilisi - Dünya Kitab Paytaxtı” layihəsi Gürcüstan Bankının dəstəyi ilə həyata keçirilən layihələrdən biridir. Layihənin məqsədi kitab və mütaliəni populyarlaşdırmaq, kitab sənayesinin və bütün əlaqəli sahələrin inkişafına kömək etmək, müasir müəllifləri, tərcüməçiləri, kitabxanaları, nəşriyyatları təbliğ etməkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər