15 
Fev
2022
11:16
286

Gürcüstan son bir ayda turizmdən milyonlarla pul qazanıb

2022-ci ilin yanvar ayında Gürcüstan beynəlxalq səyahətlərdən 114 022 899 ABŞ dolları əldə edib ki, bu da 2019-cu ilin göstəricisinin 69,3%-ni bərpa edib. 

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Turizm Administrasiyası yayıb.

Verilən məlumata görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə beynəlxalq səyahətlərdən əldə olunan gəlir 103 663 879 (+1,007%) ABŞ dolları artıb.

Milli Turizm Administrasiyasının məlumatına görə, 2022-ci ildə ziyarətçilər baxımından müsbət tendensiya davam edəcək. 2022-ci ilin yanvar ayında Gürcüstana 199 393 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2019-cu ilin məlumatı ilə müqayisədə 38% bərpa deməkdir.  2021-ci illə müqayisədə artım 471% təşkil edir. Məlumata əsasən, 2022-ci ilin yanvar ayında beynəlxalq turist səfərlərinin sayı 163 615 nəfər təşkil edib. Bərpa 2019-cu illə müqayisədə 53%, 2021-ci illə müqayisədə isə 456% artıb.

Bizimlə əlaqə saxlayın