Rusiyada əsas antibiotik istehsalçısı olan "Synthesis" əczaçılıq şirkətində partlayış baş verib. Müəssisə Kurqan rayonunda yerləşir.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya və Ukrayna KİV-ləri məlumat yayıb.
"Partlayış nəticəsində sənaye binasının qoruyucu konstruksiyaları dağılıb", - mətbuat xidmətindən bildirilib.
Onların sözlərinə görə, partlayışa metanol buxarının həddindən artıq təzyiqi səbəb olub və o, 100 kvadratmetr ərazini qismən çökdürüb.
