Mayın 13-14-də Gürcüstanda hava şəraitinin isti və yağıntısız keçəcəyi gözlənilir. Havanın temperaturu aran rayonlarında +24, +29 dərəcə təşkil edəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Mayın 15-də isti hava şəraiti fonunda bəzi yerlərdə yağış yağacağı, mayın 16-da isə sərin və rütubətli hava kütlələrinin yayılması ilə əlaqədar əksər rayonlarda nisbətən sərin, yağıntılı, küləkli hava şəraiti gözlənilir.
Mayın 13-15-də Tbilisidə yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturu +26, +28 dərəcə təşkil edəcək. Mayın 16-da göy gurultulu qısamüddətli yağış yağacağı və şimal-qərbdən güclü külək əsəcəyi gözlənilir. Havanın temperaturu +20, +22 dərəcəyə enəcək.
