15 
May
2022
17:26
1012

Gürcüstandan ABŞ-a getmək üçün yüzlərlə vətəndaş yaşıl kart qazanıb

Gürcüstanda 3-4 min adam ABŞ-ın "Yaşıl Kart"nı qazanıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Turebi.ge saytının direktoru Nika Qoqoladze bildirib.

Onun sözlərinə görə, nə qədər çox insan qeydiyyatdan keçsə, qalib olma ehtimalı və kvota bir o qədər yüksək olar.

“Lakin "yaşıl kart" qazanmaq o demək deyil ki, sabah Amerikaya gedə bilərsiniz, çünki əsas odur – ikinci mərhələni geçmək lazımdır və namizədlər bütün lazımi sənədləri, istər doğum haqqında şəhadətnamə, pasport, təhsil, məhkumluq, hərbi bilet  olsun, toplamalıdırlar. Amerikada yaşamaq/işləmək üçün yer tapmaq və DS260-ı səhvsiz doldurmaq lazımdır”, - deyə Nika Qoqoladze izah edib.

Onun sözlərinə görə, birinci mərhələdən keçəndən sonra hamı Amerikaya gedə bilmir, çünki bəziləri sənəd toplaya bilmir, çoxları məhkumluq problemi yaşayır, bəziləri isə artıq bu fürsətdən istifadə etmir və Gürcüstanda qalmağa üstünlük verirlər.

İllər əvvəl Gürcüstanda "yaşıl kart" qazanmaq üçün ölkədə işləyə bilməyən və yoxsulluq ucbatından bu qərarı verənlər kateqoriyası qeydə alınıb. Bu gün isə hamı getmək istəyir, hətta doktorluq dərəcəsi olanlar da ərizəni doldurur. Əslində hər saniyə qeydiyyatdan keçir, yəni məhsul yaratmaq üçün resursları, gücü və bacarığı olan, istedadlı, uğurlu və təhsilli, artıq Gürcüstanı tərk etmiş və ya getmək niyyətində olan, yaxud Gürcüstandan beynəlxalq şirkətdə işləyən hər kəs qeydiyyatdan keçir. Bu o deməkdir ki, biz əmək qabiliyyətli insanları itiririk"-dedi Nika Qoqoladze.

Məlumat üçün bildirək ki, Gürcüstanda "Yaşıl Kart" lotereyasında iştirak edənlərin sayı ildən-ilə artır və məsələn, 2011-ci ildə 20 min nəfər qeydiyyatdan keçmişdisə, pandemiya şəraitində 2021-ci il lotereyasında artıq 112 min nəfər qeydiyyatdan keçib. ABŞ Yaşıl Kartından əlavə, ABŞ turist vizalarına tələbat da artıb və 2024-cü ilə qədər səfirlikdə müsahibə üçün yer yoxdur.

Qeyd edək ki,  "Yaşıl Kart" qalibləri sentyabrda rəsmi olaraq açıqlanacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər