18 
May
2022
16:14
269

2021-ci ildə Gürcüstanda işsizlik səviyyəsi artıb

2021-ci ildə Gürcüstanda işsizlik səviyyəsi 2020-ci illə müqayisədə 2,1 faiz bəndi artaraq 20,6 faiz təşkil edib.

lnterpress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika İdarəsi yayıb.

Onların sözlərinə görə, əvvəlki illə müqayisədə 2021-ci ildə işsizlik səviyyəsi ən çox Tbilisi, Samçxe-Cavaxeti və İmereti bölgələrində artıb.

“2021-ci ildə işçi qüvvəsinin iştirak səviyyəsi (15 və daha yuxarı yaşda olan əhalidə işçi qüvvəsinin payı) əvvəlki illə müqayisədə bu, 0,5 faiz bəndi artaraq 50,9 faiz, məşğulluq səviyyəsi isə 0,7 faiz bəndi azalaraq 40,4 faiz təşkil edib. İşçi qüvvəsində iştirak səviyyəsi şəhər tipli qəsəbələrdə 0,2 faiz bəndi, kənd tipli qəsəbələrdə isə 0,8 faiz bəndi artmışdır. Həm şəhər, həm də kənd yaşayış məntəqələrində məşğulluq səviyyəsi müvafiq olaraq 0,9 və 0,4 faiz bəndi azalıb.

2021-ci ildə muzdla işləyənlərin xüsusi çəkisi işçilərin ümumi sayının 68,2 faizini təşkil edib ki, buda əvvəlki illə müqayisədə 0,1 faiz bəndi çoxdur. 2021-ci ildə şəhər yerlərində işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 1,9 faiz bəndi, kənd yerlərində isə 2,4 faiz bəndi artıb.

“Əvvəlki illə müqayisədə 2021-ci ildə işsizlik səviyyəsi ən çox Tbilisi, Samçxe-Cavaxeti və İmereti bölgələrində müvafiq olaraq 3,7, 3,5 və 3,4 faiz artıb”, - deyə məlumatda qeyd olunub.

Milli Statistika İdarəsinin məlumatına görə, işsizlik səviyyəsi ənənəvi olaraq kişilər arasında qadınlardan daha yüksəkdir.

“2021-ci ildə 2020-ci illə müqayisədə qadınlar arasında bu göstərici 1,6 faiz bəndi, kişilərdə isə 2,5 faiz bəndi artıb. Kişilərdə işçi qüvvəsində iştirak nisbəti qadınlardan daha yüksəkdir. 2021-ci ildə bu rəqəm qadınlarda 40,5 faiz, kişilərdə isə 62,9 faiz təşkil edib. İşçi qüvvəsində iştirak nisbəti əvvəlki ilə nisbətən qadınlarda 0,1 faiz bəndi, kişilərdə isə 0,9 faiz bəndi artmışdır. 2021-ci ildə həm qadınlar, həm də kişilər üçün məşğulluq səviyyəsi əvvəlki ilə nisbətən müvafiq olaraq 0,5 və 0,9 faiz bəndi azalıb. 2021-ci ildə işsizlik ən yüksək 15-19 yaş qrupundadır (52,2 faiz); bu rəqəm ənənəvi olaraq 65+ yaş qrupunda ən aşağı göstəricidir (6,0 faiz) buna əsas səbəb müvafiq yaş qrupunda aktivliyin aşağı səviyyədə olmasıdır”, -deyə məlumatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın