Gürcüstan sərhədi yaxınlığında zəlzələ olub.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ bu gün, Tbilisi vaxtı ilə saat 08:55-də Rusiya ərazisində, Gürcüstanın dövlət sərhədindən 8 km aralıda baş verib.
Qeyd edək ki, zəlzələ 3,9 (ml) bal gücündə olub.
