27 
May
2022
19:40
460

İrakli Ğaribaşvili: "Rusiyaya qarşı sanksiyaların tətbiqi vətəndaşlarımıza qarşı sanksiyaların tətbiqi deməkdir"

"Rusiyaya qarşı sanksiyaların tətbiqi vətəndaşlarımıza qarşı sanksiyaların tətbiqi deməkdir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri qeyd edib. 

 İrakli Ğaribaşvilinin sözlərinə görə, Rusiyada sanksiyaların qurbanına çevriləcək 1 milyona qədər Gürcüstan vətəndaşı yaşayır.

"Mən elə ilk çıxışımda dedim ki, biz ölkənin milli maraqlarına zidd heç bir iş görməyəcəyik. Sizdən soruşmaq istəyirəm ki, siz bizi Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları tətbiq etməyə çağırırsınızmı? Rusiyada bir milyon vətəndaşımız yaşayır, bizim ticarət-iqtisadi əlaqələrimiz var, ölkəmiz müvəqqəti olaraq işğal olunub və ərazilərimizdə rus qoşunları yerləşdirilib. Bunun fonunda milli səviyyədə sanksiyaların tətbiqi, Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaların tətbiqi təbii ki, bizim öz vətəndaşlarımıza və ölkəmizə qarşı sanksiyalar tətbiq etməyimiz demək idi", - Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər