Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıb
TVCANLI

“İyulun 1-dən qaz tariflərinin artırılması ilə süd məhsullarının da qiyməti qalxacaq”

1,976
“İyulun 1-dən qaz tariflərinin artırılması ilə süd məhsullarının da qiyməti qalxacaq”
Dinləmək üçün basın

Gürcüstanda ötən ilin sonunda çiy süd bazarında o qədər problemlər yarandı ki, bir neçə ferma bağlandı, istehsalı davam etdirənlər isə mallarının miqdarını azaltdılar.

Gürcüstanda ötən ilin sonunda çiy süd bazarında o qədər problemlər yarandı ki, bir neçə ferma bağlandı, istehsalı davam etdirənlər isə mallarının miqdarını azaltdılar.

InterPress.ge xəbər verir ki, çiy süd və süd məhsulları istehsal edən “Şiraki” şirkətinin təsisçisi Nikoloz Beniaidze bildirib ki, hazırda bazarda vəziyyət nisbətən sabitdir, lakin kommunal ödənişlərin artımından sonra məhsulların qiymətində artım qaçılmaz olacaq.

“Ötən il ərzağın qiyməti o qədər artdı ki, hətta çiy südün qiyməti maya dəyərini də ödəyə bilmədi və bu da bazarda çatışmazlıq yaratdı. Bir neçə ferma var və hamısı mal-qaranı azaltmalı oldu. Bu il vəziyyət nisbətən yaxşıdır, süd sifariş edən şirkətlər qiymətləri nisbətən bahalaşdırıb və maya dəyərinə yaxınlaşıb. Bu, bağlanma təhlükəsini müvəqqəti olaraq aradan qaldırdı, amma ərzaq yenidən bahalaşsa və eyni zamanda südün qiyməti qalxmasa, biz keçən ilki vəziyyətə qayıdacağıq. Buna baxmayaraq, bazarda hələ də çatışmazlıq var və biz tələbatı tam ödəyə bilmirik.

Proteinli qida, zülalla zəngin zərdab Gürcüstanda istehsal olunmur və Rusiyadan gətirilir.  Müvafiq olaraq, bu, logistikanın qiymətinə və dolların məzənnəsinə bağlıdır. İndi lari stabildir, lakin çatdırılma çətindir və gömrük problemlərinə görə tez-tez fasilələr yaranır. Rusiya lazımi miqdarda məhsul vermir və bütün bunlar açıq şəkildə maneədir.

Eyni zamanda, iyulun 1-dən kommunal ödənişlər artacaq.  İndi apreldən iyuna qədər olan müddətdə südün miqdarı artdığı üçün qiyməti qoruyub-saxlayırıq.  Bu, mövsümdən asılıdır. Otun azalması ilə yanaşı çiy süd də azalır, enerji daşıyıcılarında enerji hasilatının ən böyük payı olan qaz tarifi artırılır və süd məhsullarının qiymətinin dəqiq neçə faiz artırılacağını deyə bilməyəcəyəm, ancaq bunu hesablayırıq. Faktdır ki, iyulun 1-dən qaz tariflərinin artırılması ilə yanaşı, süd məhsullarının da qiyməti artacaq", - Nikoloz Beniaidze deyib.

Xatırlatmaq istərdik ki, 2022-ci il iyulun 1-dən həm Tbilisidə, həm də regionlarda qeyri-məişət istehlakçıları üçün təbii qazın qiyməti artacaq.  Paytaxtda təbii qazın 1 kubmetri biznes üçün 1,35 lari, regionlarda isə 1,38 lari təşkil edəcək.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?Son xəbərlərə bax →