21 
Iyn
2022
09:11
2438

Dünya mediası dünən Tbilisidə keçirilən mitinqdən danışır

Avropa Komissiyasının Tbilisiyə namizəd statusunun təxirə salınmasını tövsiyə etməsindən sonra on minlərlə Gürcüstan vətəndaşı Aİ üzvlüyünə dəstək üçün küçələrə axışıb.

InterPress.ge xəbər verir ki, bu barədə "France-Press" agentliyi yazıb.

“60 minə yaxın nümayişçi “Avropaya doğru irəli” adlı mitinqdə Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqlarını dalğalandıraraq Gürcüstan parlamentinin qarşısına toplaşıb”, - "France-Press" yazıb.

Nəşrin yazdığına görə, Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq cəhdi Kremli çoxdan qıcıqlandırıb və gərginlik 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi ilə pik həddə çatıb.

“Euronews” yazıb ki, Tbilisidə keçirilən mitinqin məqsədi Aİ liderlərinin Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun verilməsi məsələsini bu həftə nəzərdən keçirməli olması fonunda Brüsselə siqnal göndərmək olub.

Nəşr yazıb ki, Avropa Komissiyası Gürcüstana “Aİ-yə üzvlük perspektivi” təklif etməyi tövsiyə edib.

 

Bizimlə əlaqə saxlayın