21 
Iyn
2022
15:38
341

Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi artıb

Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi artıb.

lnterPress.ge xəbər verir  ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Geostat-ın məlumatına görə, əgər ötən ilin yanvar-may aylarında ölkələr arasında ticarət dövriyyəsi 596,922 milyon ABŞ dolları təşkil edirdisə, 2022-ci ilin eyni dövründə bu, 764,198 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin ilk 5 ayında Gürcüstan ötən ilin eyni dövründəki 202,718 milyon dollara qarşı 210,266 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İdxala gəlincə, 2022-ci ilin yanvar-may aylarında Gürcüstan Rusiyadan ötən ilin eyni dövründəki 394,203 milyon dollara qarşı 553,931 milyon dollar dəyərində məhsul alıb.

2022-ci ilin 5 ayında Rusiyadan ən çox idxal edilən ilk 10 məhsulun siyahısı belədir:
Neft və neft məhsulları - 124,281 milyon dollar
Neft qazları və qaz halında olan karbohidrogenlər -38,922 milyon dollar
Koks və yarıkoks kömür, linit və ya torfdan, kömür retortu- 22,772 milyon dollar
Buğda və ya buğda-çovdar unu- 22,446 milyon dollar
Marqarin - 22,344 milyon dollar
Elektrik enerjisi - 14,830 milyon dollar
Buğda və yulaf - 12,696 milyon dollar
Karbon poladdan hazırlanmış çubuqlar, əlavə emal edilmədən- 11,802 milyon dollar
Çörək, un qənnadı məmulatları, şəkər, tortlar və digər xəmir məmulatları-- 10,423 milyon dollar
Şokolad və digər kakao əsaslı qidalar - 10,334 milyon dollar


2022-ci ilin yanvar-may aylarında Gürcüstandan Rusiyaya gedən ilk 10 məhsulun siyahısı belədir:
Ferroərintilər - 79,355 milyon dollar
Təbii üzüm şərabları - 46,103 milyon dolları
Mineral və şirin su - 16,980 milyon dollar
Etil spirti, denaturlaşdırılmamış, 80%-dən az spirt, alkoqollu içkilər- 9,876 milyon dollar
Tərkibində şəkər əlavələri olan mineral və qazlı sular- 8,808 milyon dollar
Avtomobillər - 7,407 milyon dollar
Siqar və tütündən və ya onun əvəzedicilərindən olan siqaretlər-6 096 milyon dollar
Alma, armud və heyva- 5 089 milyon dollar
Elektrikli su qızdırıcıları - 3,726 milyon dollar
Təzə və ya dondurulmuş kartof - 2,902 milyon dollar.
 

Bizimlə əlaqə saxlayın