23 
Iyn
2022
11:24
516

ABŞ Helsinki Komissiyası Avropa Şurasına Gürcüstanla bağlı çağırış etdi

ABŞ Helsinki Komissiyası Avropa Şurasını Ukrayna, Moldova və Gürcüstana namizəd statusu verməyə çağırıb.  

InterPress.ge xəbər verir ki, bu barədə komissiya bəyanat yayıb.

Bəyanatda deyilir ki, namizəd statusu hər üç ölkəyə ortaq Avropa arzusunu həyata keçirmək şansı verəcək.

“Gürcüstan xalqı da son onilliklərdə Rusiyanın hərbi əməliyyatlarının çətinliklərinə və ağrılı islahatlara baxmayaraq, öz avropalı kimliyi üçün böyük qurbanlar verib. Onlar göstərdilər ki, yol təmiz olarsa, çətinliklərin öhdəsindən gələ bilərlər.  Biz inanırıq ki, onlara Aİ-yə üzvlük üçün eyni dərəcədə spesifik yol xəritəsi təklif edilməlidir. Avropa Şurasının iclası öncəsi biz avropalı dostlarımızı hər üç ölkəyə namizəd statusu verməyə çağırırıq.  Liberal demokratiyaya gedən yol heç vaxt vaxtaşırı geriləmələr, sapmalar olmadan keçmir və həmişə sayıqlıq, diqqətli səy və güzəşt tələb edir. Biz inanırıq ki, namizəd statusu hər üç ölkəyə ümumi Avropa arzusunu həyata keçirmək şansı verəcək”, - deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın