23 
Iyn
2022
11:52
278

Polis 4 nəfəri saxladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bu günlərdə Tbilisi, Şida Kartli və İmereti şəhərlərində qanunsuz odlu silah, o cümlədən döyüş sursatı götürülüb, 4 nəfər saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaqla məşğul olan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü şəxsi saxlayıblar. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin qərarı ilə təqsirləndirilən şəxsin mənzilinə baxış keçirməsi nəticəsində maddi sübut kimi tapança, maqazin və 7 ədəd patron götürüblər.

„Şida Kartli Polis Departamentinin əməkdaşları İmereti, Raca-Leçxumi və Kvemo Svaneti polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində, İki nəfəri- 1971-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü şəxsləri hakimin hökmü əsasında qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və qrup halında satmaq ittihamı ilə saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda 9 tapança alıblar. Şida Kartli Polis Departamentinin Xaşuri rayon şöbəsinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 1994-cü il təvəllüdlü şəxsi saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin Xaşuridə yaşadığı evə və anbarlara baxış zamanı maddi sübut kimi 1 ədəd tüfəng və 8 ədəd patron götürüblər.

Cinayətlər 3 ildən 11 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qrup şəklində qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və satma faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 5-ci və 6-cı hissələri ilə araşdırma aparılır”, - deyə qurumdan bildirilib.

Bizimlə əlaqə saxlayın