24 
Iyn
2022
10:49
107

Avropa Şurası: Qlobal ərzaq təhlükəsizliyi böhranına görə yalnız Rusiya məsuliyyət daşıyır

Qlobal ərzaq təhlükəsizliyi böhranına görə yalnız Ukraynaya qarşı müharibədə ərzaqdan silah kimi istifadə edən Rusiya məsuliyyət daşıyır.

lnterPress.ge xəbər verir  ki, bu barədə Avropa Şurasının Sammitinin hesabatında bildirilib.

Avropa İttifaqına üzv ölkələrin liderləri Rusiyanı Odessa limanını bloklamağa və taxıl ixracına icazə verməyə çağırır.

“Avropa Şurası Rusiyanı kənd təsərrüfatı obyektlərini hədəfə almağı dərhal dayandırmağa və taxıl ixracına və kommersiya daşınmasına icazə vermək üçün Qara dənizi, xüsusən də Odessa limanını bloklamağa çağırır. Avropa Şurası Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu məqsədlə göstərdiyi səyləri dəstəkləyir”, - deyə sənəddə qeyd olunub.

Avropa Şurası vurğulayır ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları kənd təsərrüfatı və ərzaq məhsullarının sərbəst hərəkətinə və humanitar yardımın çatdırılmasına mane olmur.

Bizimlə əlaqə saxlayın