26 
Iyn
2022
12:50
348

Polis Tbilisidə üç nəfəri bıçaqlayan şəxsi saxladı

Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları iki və ya daha çox şəxsi öldürməyə cəhddə şübhəli bilinən 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.M.-ni Tbilisidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il iyunun 24-də mübahisə zəminində 1996-cı il təvəllüdlü Q.V., 1991-ci il təvəllüdlü T.B., 1987-ci il təvəllüdlü E.Ç.-yə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs isti təqib nəticəsində yaxalanıb.

Gürcüstan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürməyə cəhdi nəzərdə tutan 19-109-cu maddəsinin “l” yarımbəndi ilə istintaq davam etdirilir. 

Cinayət 16 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutur.

 

Bizimlə əlaqə saxlayın