27 
Iyn
2022
13:32
334

DİN: “Tbilisi Prayd” həftəsinin təhlükəsiz keçirilməsi üçün bütün lazımi tədbirləri görəcəyik

Daxili İşlər Nazirliyi Tbilisi Prayd tərəfindən planlaşdırılan qapalı tədbirlərin təhlükəsiz formatda keçirilməsini, asayişin qorunmasını təmin etmək və qanundan kənara çıxılmadığı təqdirdə hər bir insanın ifadə və sərbəst toplaşmaq azadlığını qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini bildirib.

InterPress.ge xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qurum “Tbilisi Prayd” həftəsi çərçivəsində nəzərdə tutulan qapalı tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə təşkilatçılarla daimi əlaqə saxlayır.

Onların sözlərinə görə, son vaxtlar nazirliyin nümayəndələri BMT-nin, Tbilisi Prayd təşkilatının, yerli və beynəlxalq təşkilatların, Gürcüstanın Xalq Müdafiəçisi Ofisinin, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirakı ilə tədbirin təhlükəsiz mühitdə keçirilməsi üçün bir sıra işgüzar görüşlər keçirib.

“Mətbuatda bildirilir ki, müəyyən qruplar bu həftə üçün nəzərdə tutulan qapalı tədbirləri pozmağı planlaşdırırlar.

Gürcüstanın Daxili İşlər Nazirliyi hər cür zorakılığı pisləyir və Prayd Həftəsinə qarşı çıxan qrupları qanuna əməl etməyə, polisin qanuni tələblərinə tabe olmağa və qanunla icazə verilən toplaşma və nümayiş keçirmək hüququndan kənara çıxmamağa çağırır.  Əks halda polis öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcək. Hər bir qanun pozuntusunun qarşısı alınacaq və ciddi hüquqi cavab veriləcək", - Daxili İşlər Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın