İyulun 1-dək Qərbi Gürcüstanın bəzi bölgələrində qısamüddətli yağış və şimşək davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Onların sözlərinə görə, aran rayonlarında havanın temperaturu +22, +27 dərəcə təşkil edəcək.
“Şərqi Gürcüstanda əsasən axşam və gecə saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gündüz +27, +32 dərəcə təşkil edəcək. Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +29-31 dərəcə təşkil edəcək”, - deyə məlumatda qeyd olunub.
