Rusiya qüvvələrinin Odessa vilayətində həyata keçirdiyi raket hücumunda 2-si uşaq olmaqla 18 nəfər həlak olub.
InterPress.ge xəbər verir ki, bu barədə “Telegram”da rayon qubernatoru Maksim Marçenko məlumat verib.
Onun verdiyi məlumataa görə, ruslar Tu-22 təyyarələrindən istifadə edərək Qara dənizdən 3 ədəd X-22 raketi atıblar və bu raketlər yaşayış binasına və istirahət mərkəzinə dəyib.
“Mövcud məlumatlara görə, 2-si uşaq olmaqla 18 nəfər ölüb, daha 31 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən 4 uşaq və bir hamilə qadın”, - qubernator qeyd edib.
