23 yaşlı gürcü Yunanıstanda güllələnib
Yunanıstanın Aristotel Universitetinin yaxınlığındakı Kimeyo meydanında baş verən dava atışma ilə yekunlaşıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Əldə olan məlumata görə, onlar 7 dəfə atəş açıblar. Qarşıdurma nəticəsində xəsarət alan 23 yaşlı gənc klinikaya aparılıb və əməliyyat olunub. İki dostu onu klinikaya gətirib və dərhal ərazini tərk ediblər.
Yaralı hadisə ilə bağlı çox məlumat verməyib və qəfildən iki əcnəbinin hücumuna məruz qaldığını və ayağından güllələndiyini bildirib.
Yunanıstan mətbuatı yaralının Yunanıstan vətəndaşlığına malik olduğunu, lakin gürcü əsilli olduğunu yazır. O, ifadəsində naməlum əcnəbilər tərəfindən hücuma məruz qaldığını və ayağından güllələndiyini təsdiq edib. O, əvvəllər quldurluq və narkotik cinayətləri ilə məşğul olub.
Yunan mediası bu işin "qisas" olduğunu, çünki yaralının quldurluq işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib və cəmi bir ay əvvəl azadlığa buraxılıb.


