İyulun 20-dək Qərbi Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Verilən məlumata əsasən, havanın temperaturu gün ərzində +26, +31 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanda isə isti və yağıntısız hava şəraiti qorunacaq. Havanın temperaturu +34, +39 dərəcəyədək yüksələcək.
Tbilisidə hava yağıntısız keçəcək. Havanın temperaturunun +36, +38 dərəcə isti olacağı gözlənilir.
