01 
Avq
2022
22:08
1344

Tbilisidə güclü yanğın baş verib- VİDEO

Tbilisinin Avçala qəsəbəsinin Melikişvili küçəsində yanğın baş verib.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, yanğın evin həyətindəki anbarda baş verib.

Maka Xetsuriani yanğının görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Onun sözlərinə görə, yanğın anbarlardan ağaclara keçib, yanğın-xilasetmə xidmətinin əməkdaşları onu vaxtında söndürə bilib və digər evlərə keçmək təhlükəsi olmayıb.

Maka Xetsurianinin dediyinə görə, qəsəbədə su kəsilib.

Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, hazırda yanğın söndürülüb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər