15 
Avq
2022
12:09
735

2022-ci ilin 2-ci rübündə Gürcüstana daxil olan ziyarətçilərin sayı açıqlanıb- Statistika

2022-ci ilin II rübündə Gürcüstan ərazisinə 1 049 min beynəlxalq qeyri-rezident səyahətçi daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 198,7% çoxdur.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. 

Gələnlərin böyük hissəsini - 47,0 faizini 31-50 yaşlı səyahətçilər təşkil edib.

Qeyd olunan saydan beynəlxalq ziyarətçilərin səfərlərinin sayı 922 min nəfər təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrünün göstəricisindən 176,2% çoxdur.

Hesabat dövründə beynəlxalq ziyarətçilər tərəfindən 749 min turist xarakterli səfər həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 145,0% çoxdur.

Ziyarətçilərin ölkələr üzrə bölgüsünə gəlincə, II rübdə ən çox ziyarətçi sayı 147,7 min nəfər Rusiya Federasiyasından qeydə alınıb ki, bu da ümumi ziyarətçilərin 19,3%-ni təşkil edir. İkinci yerdə 14,9 faizlə Türkiyə, üçüncü yerdə isə 12,1 faizlə Ermənistan qərarlaşıb.

2022-ci ilin ikinci rübündə ən çox ziyarət (52,0%) istirahət və əyləncə məqsədi ilə həyata keçirilib.
 

Bizimlə əlaqə saxlayın