15 
Avq
2022
12:54
798

Xüsusi Penitensiar Xidmət açıqlama yayır

"6 saylı cəzaçəkmə müəssisəsində 3 məhkum aclıq aksiyası keçirir, bütün cəzaçəkmə müəssisələrində həkimlər 24 saat işləyir, istənilən məhkuma müraciət əsasında mükəmməl tibbi xidmət göstərirlər".

lnterPress.ge xəbər verir ki, Xüsusi Penitensiar Xidmət 6-cı müəssisədəki vəziyyətlə bağlı media qurumlarından birinin yaydığı məlumatı belə cavablandırıb.

“6 saylı cəzaçəkmə müəssisəsində mövcud vəziyyətlə bağlı KİV-lərdən birinin yaydığı dezinformasiyaya cavab vermək istərdik.  6 saylı cəzaçəkmə müəssisəsində 3 məhkum aclıq aksiyası keçirir. Qeyd edək ki, onlardan ikisi yalnız avqustun 14-də adıçəkilən media orqanının süjeti yayımlanandan sonra aclıq aksiyası elan edib.

Məhkumların tibbi xidmətinə gəlincə, bütün cəzaçəkmə müəssisələrində həkimlər 24 saat işləyir və müraciət əsasında istənilən məhkuma mükəmməl tibbi xidmət göstərirlər. Süjetdə adı çəkilən məhkum Q. Ç. 6 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirildikdən sonra çoxşaxəli müalicəyə məruz qalıb, müxtəlif profilli həkimlər tərəfindən dəfələrlə konsultasiya olunub. Bu il avqustun 11 və 12-də ailə həkiminin müayinəsindən keçib və məhkumun heç bir şikayəti olmayıb.

Məhkum Q.Ç. 6 saylı Cəzaçəkmə Müəssisəsində olduğu müddətdə bir çox intizam xətaları qeydə alınıb və buna görə də bəzi hallarda ona bir neçə intizam tənbehi verilib", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Xüsusi Penitensiar Xidmət bütün kütləvi informasiya vasitələrini ilk növbədə məhkumların və onların ailə üzvlərinin mənafeyinə xələl gətirən, ictimaiyyəti yanlış məlumatlandıran, Xüsusi Penitensiar Xidmətin imicinə xələl gətirən qeyri-dəqiq məlumatların yayılmasından çəkinməyə çağırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər