15 
Avq
2022
13:48
352

İvane Çxaidze: "Bu və gələn həftə koronavirusa yoluxma hallarının pik nöqtəsi ola bilər"

"Bu və gələn həftə koronavirusa yoluxma hallarının pik nöqtəsi ola bilər".

lnterPress.ge xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, TDU-nun professoru İvane Çxaidze məlumat verib. 

Onun sözlərinə görə, avqustun sonu və sentyabrın əvvəlində yoluxma hallarının azalacağı gözlənilir.

“Koronavirusa yoluxma statistikasına baxsaq görərik ki, iyun ayı ilə müqayisədə azalıb. Avropa ölkələrinin statistikasına nəzər salsaq, bu dalğanı iki ay davam edən “yeddinci dalğa” kimi dəyərləndirə bilərik. Nəzərə alsaq ki, yoluxma hallarının artımı iyunun sonunda başlayıb, avqustun sonunda isə, azalacağı gözlənilir. Düşünürük ki, cari və gələn həftə yoluxma hallarının pik nöqtəsi ola bilər. Sonra avqustun sonu sentyabrın əvvəlində azalmalıdır. Son 3 həftədə göstərici azalıb, amma təbii ki, yazla müqayisədə bu rəqəm yüksəkdir.

ÜST oktyabr-noyabr aylarını koronavirusun mümkün artım dövrü hesab edir. Bunun arxasında immunitetin azalması dayanır. Sentyabr ayında yoluxma hallarında artım olmamalıdır. Qarşıda bizi payız və qış fəsli gözləyir, o zaman hadisələrin sayının artacağı proqnozlaşdırılır”, - deyə İvane Çxaidze qeyd edib.

Bizimlə əlaqə saxlayın