3 ayda yüzlərlə xarici vətəndaş Gürcüstandan sığınacaq istəyib
Cari ilin ikinci rübündə Gürcüstanda həm sığınacaq axtaranların, həm də humanitar status almış şəxslərin sayı artıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatında qeyd olunub.
Məlumatlarına görə, üç ayda (aprel, may, iyun) 441 xarici ölkə vətəndaşı Gürcüstanda sığınacaq axtaran şəxs kimi qeydiyyata alınıb ki, onlardan da ən çoxu - 242 nəfəri Ukrayna vətəndaşıdır. Qeydiyyata alınmış sığınacaq axtaran şəxslərin 34-ü Rusiya Federasiyasının vətəndaşlarıdır; - 48- i İran, 44- ü Türkiyə, 11 - i Misir.
Humanitar statusun verilməsinə gəlincə, 2022-ci ilin ikinci rübündə ümumilikdə 201 xarici ölkə vətəndaşı bu statusu alıb, onlardan 185-i Ukrayna vətəndaşıdır; 7- i Əfqanıstan ; 3- ü Yəmən; 3 - ü Suriya. Bu müddət ərzində heç bir Rusiya vətəndaşı humanitar status almayıb.
Qeyd olunan üç ayda ümumilikdə 8 xarici ölkə vətəndaşına qaçqın statusu verilib. Onların arasında 4 - ü Əfqanıstan; 1- i Misir; 1 Suriyalı və 2 naməlum şəxsdir.
Həmin dövrdə ümumilikdə 238 xarici ölkə vətəndaşına status verməkdən imtina edilib. o cümlədən 13- ü Rusiya; 97- i İran; 38- i İordaniya; 20-si İraq, 19-u Türkiyə vətəndaşıdır.
Üç ay ərzində ümumilikdə 53 başqa ölkə vətəndaşı Gürcüstandan çıxarılıb. onların arasında - 9 - u Azərbaycan; 2 - i Rusiya ; 9-u İran, 5-i isə Türkiyə vətəndaşıdır.
Birinci rübün məlumatlarına gəlincə, xatırladaq ki, bu ilin ilk üç ayında (yanvar-mart) Gürcüstanda 364 xarici ölkə vətəndaşı sığınacaq axtaran şəxs kimi qeydiyyata alınıb, onlardan ən çoxu - 126 nəfəri Ukrayna, 21 nəfəri isə Rusiya vətəndaşıdır. İlin birinci rübündə 13-ü Ukraynadan, 21-i Əfqanıstandan və 7-si Yəməndən olmaqla ümumilikdə 51 sığınacaq axtaran şəxs humanitar status alıb.
Bu müddət ərzində nə Ukrayna, nə də Rusiya vətəndaşlarına qaçqın statusu verilməyib. Misir, Əfqanıstan, Pakistan və Türkiyə vətəndaşları da daxil olmaqla, ümumilikdə 9 xarici ölkə vətəndaşı bu statusu alıb.


